AMEA Tarix İnstitutu 26 Bakı komissarı ilə bağlı araşdırmaların nəticələrini aprelin ortalarında açıqlayacaq

AMEA Tarix İnstitutu 26 Bakı komissarı ilə bağlı araşdırmaların nəticələrini aprelin ortalarında açıqlayacaq
# 31 mart 2009 13:15 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Tarix İnstitutunun direktoru Yaqub Mahmudov deyib. Onun sözlərinə görə, artıq araşdırmaların ilkin uğurlu nəticələri əldə edilib. Hazırda bununla bağlı ciddi araşdırmalar davam edir. İnstitut direktoru deyib ki, araşdırmalar zamanı “26-lar”la bağlı arxiv materiallarının xeyli hissəsinin yoxa çıxdığı məlum olub: “Vaxtilə ermənilər bu işdə rol oynayıblar. Arxiv materialların xeyli hissəsini ermənilər kitabxanalarımızdan çıxarıblar, yazılı mənbələrimiz yoxa çıxıb. Mikoyan bu işləri dolaşdırıb. “26-lar”la bağlı çox materialların izi itirilsə də, biz onların çoxunun izinə düşmüşük. Hazırda tarixçilər arxiv materialları vasitəsi ilə müəyyənləşdirir ki, o arada olmayanlar haralara gedib, necə aradan çıxıblar. Teleqramların bəziləri ilə aprelin ortalarında sizi tanış edəcəyik”.
Y. Mahmudov bildirib ki, “26-lar”ın şəxsiyyətini müəyyənləşdirilməsi istiqamətində aparılan işlər hələ yekunlaşmayıb. O, “Sahil” bağından tapılan sümüklərin identifikasiyasının çox mürəkkəb və böyük vəsait tələb edən proses olduğunu da söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR