Azərbaycan Xəzərdəki adada möhtəşəm kurort yaradır
«BIG Architects» şirkətinin memarı Kai Uve Berqmann bildirib ki, adada yaradılacaq yaşayış kompleksi külək enerjisindən qidalanacaq. On min əhalinin yaşayacağı adada Danimarka istehsalı olan 16 külək dəyirmanı qurulacaq. Tikinti işləri zamanı yerli şirkətlərlə əməkdaşlıq ediləcək. Zirə adasında layihə çərçivəsində 4 və 5 ulduzlu otellər, 300 lüks villa, əhali üçün yaşayış binaları inşa olunacaq. Bakıdan adaya taksi gəmilər və vertolyotlar vasitəsi ilə gəlmək mümkün olacaq. Adada benzin və qazla işləyən avtomobilləri elektriklə işləyən minik maşınları əvəz edəcək.
Memar bildirib ki, layihədə «Yeddi zirvə» konsepsiyası həyata keçirilir. «Yeddi zirvə»dən hər biri Azərbaycanın məşhur dağlarından birini simvollaşdırır. Hər bir zirvədə xüsusi və ictimai funksiyalar birləşir. Birlikdə dağlar adanın təbii topoqrafiyası ilə ahənglə qovuşan üfüqü formalaşdırır. Sıx və parlaq şəhər cəmiyyəti xüsusi kurortlar, qolf meydanları və çimərlikləri olan mərkəzi ictimai vadi ilə birləşir.
«Layihə 6-8 il ərzində tamamlanacaq. Bu müddətdə layihədə hər hansı dəyişikliyin aparılması da istisna olunmur. Hazırda dizayn sənədləri hazırlanır və yaxın bir il ərzində tikinti işlərinə başlamaq planlaşdırılır», - deyə memar vurğulayıb.
Layihənin ilkin məbləği 4-4,5 mlrd. ABŞ dolları dəyərində qiymətləndirilir. Lakin gələcəkdə məbləğin dəyişməsi mümkündür. Layihənin mütəxəssisləri maliyyə böhranının işlərə təsir göstərməyəcəyini qeyd ediblər.
«Bu layihənin maliyyələşdirilməsində özəl sektorun, dövlətin və xarici investorların iştirakı mümkündür. Bu ada dövlətə məxsusdur və layihənin həyata keçirilməsi üçün «Avrositi» şirkətinə verilib», - deyə K.U.Berqmann vurğulayıb.
Layihə reallaşdıqdan sonra adada tullantılar xüsusi qurğularda utilizasiyadan keçəcək, çirkab sular təmizləndikdən sonra yaşıllıq sahələrinin suvarmasında istifadə olunacaq. İçməli su təchizatında isə dənizin təmizlənmiş suyundan istifadə olunacaq. Adadakı binalar Xəzər dənizi ilə əlaqələndirilən istilik nasosları ilə qızdırılıb soyudulacaq. Arxitekturaya birləşdirilmiş günəş istilik panelləri davamlı isti suyu təmin edəcək.
Layihə müəllifləri 1918-20-ci illərdə burada bolşeviklər və ermənilər tərəfindən qətlə yetirilmiş türk və Azərbaycan əsgərlərinin xatirəsinə abidə də yaradacaqlar. Berqmannın sözlərinə görə, bu möhtəşəm abidə adanın mərkəzi istirahət parkında quraşdırılacaq. Adada ötən əsrin 30-cu illərində qətlə yetirilmiş insanların qalıqları isə başqa yerlərə köçürüləcək.
Berqmann «APA-Economics»ə açıqlamasında Zirə adasındakı hərbi bazaya məxsus sursatların və raket yanacağının utilizasiyasına yaxın vaxtlarda başlanacağını da qeyd edib. Artıq hərbi bazanın ətrafında vaxtı ilə minalanmış ərazilər müəyyənləşdirilib və təmizlənməsi üçün müvafiq hökumət orqanları ilə müzakirələr aparılır.
Turizm
ADY: Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
“Discover the World” Azərbaycan Hava Yollarını Belçika və Niderlandda təmsil edəcək
İranlı səyyah: Qarabağ və Şərqi Zəngəzur turizm üçün böyük potensiala malikdir
Xarici səyyah: Qarabağda həyata keçirilən işləri görmək çox xoşdur
Xəbər Lenti
Bakıda Azərbaycan və Qazaxıstan prezidentləri görüşüblər, Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər
Qəribabadi: Hörmüz boğazındakı mövcud çətinliklərin səbəbi İrana qarşı hərbi təcavüz və dəniz blokadasıdır
ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM-in 2-4%-i həcmində artıra bilər
Sabah jurnalistlərin IX qurultayı keçiriləcək, MŞ-nın İdarə Heyətinə namizədlər bilinib
Qusarda vəhşi heyvanlar 3 nəfərə xəsarət yetirib
XİN: Azərbaycanın AQEM-ə sədrliyi dövründəki prioritetlər BƏƏ-nin baxışları ilə üst-üstə düşür
AQEM sammitində Fələstin məsələsi gündəmə gətirilib
Hindistan XİN: Dəyişən geosiyasi şərait Qlobal Cənub ölkələrinin daha fəal iştirakını zəruri edir
İstanbulda seldə ölənlərin sayı 3-ə çatıb, 4 nəfər itkin düşüb
Lavrov: Rusiya AQEM-in inkişafını həmişə dəstəkləyib
Bakıda Azərbaycan, Özbəkistan və Türkmənistan XİN rəhbərlərinin üçtərəfli görüşü keçirilib
Hakan Fidan və Lavrov Bakıda görüşüb
Hakan Fidan: Türkiyə AQEM-in Asiyada ən əhatəli təhlükəsizlik platforması kimi gücləndirilməsinə sadiqdir
Bəhreyn XİN rəhbəri AQEM-in Bakı sammitindən Hörmüz boğazında təhlükəsizliyin təmin olunmasına çağırıb
Pezeşkian sabah Ermənistana səfər edəcək
Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı
Paşinyan: Ermənistanın Rusiya ilə heç vaxt sərin münasibətləri olmayıb
"Novaya Qazeta"nın baş redaktorunun evində axtarış aparılır
Türkiyə XİN rəhbəri: AQEM-in tamhüquqlu beynəlxalq təşkilata çevrilməsini dəstəkləyirik
Hakan Fidan: COP31-in iqlim ədalətinin gücləndirilməsi üçün fürsətə çevrilməsini istəyirik
Peskov: Moskva ABŞ-ın Avropaya Rusiya aktivlərinin blokdan çıxarılması ilə bağlı təkliflərindən xəbərsizdir
XTQ hərbi hissəsində vəzifəlilərin təlim toplanışı davam edir
Kreml: Rusiya dizeli qlobal bazarlara daxil olmağa başlayıb
MDB-nin Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik Azərbaycana keçir
Van İ: Çin Azərbaycanın AQEM-in gücləndirilməsinə yönəlmiş səylərini yüksək qiymətləndirir
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib - YENİLƏNİB-3
İqor Sergeyenko: Azərbaycan AQEM-ə səmərəli sədrlik edir
Sahibə Qafarova Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədri ilə görüşüb
Kreml Zelenskiyə cavab verib: Ukrayna Rusiyanın neft emalı zavodlarına zərbələrə moratorium qoymayıb
DYP Bakıda iki nəfərin öldüyü qəzanın görüntüsünü yayıb - VİDEO
Belarus nümayəndəsi: Bizi beynəlxalq hüquqa və BMT Nizamnaməsinə sadiqlik birləşdirir
Kamboca AQEM-in tamhüquqlu beynəlxalq təşkilata çevrilməsini qətiyyətlə dəstəkləyir
Vyetnam Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir
Prezident: Bu, “Nürnberq tribunalı”nın analoqu idi, yalnız bu dəfə müttəhimlər kürsüsündə erməni faşistləri oturmuşdu
Rusiya 2-3 həftəyə ABŞ-a dizel yanacağı tədarükünə başlaya bilər
Thonqlun Sisulit: Laosun AQEM-ə qoşulması sülh və əməkdaşlığın təşviqinə sadiqliyi nümayiş etdirir
Sərdar Berdiməhəmmədov: Türkmənistan Azərbaycanın AQEM-ə sədrliyinə xüsusi dəstək göstərir
Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
İsrail Prezidenti Rubionun Mərkəzi Asiyaya gözlənilən səfərini çox vacib adlandırıb
İsxak Hersoq: Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycan sabitlik nümunəsinə çevrilib
İsxak Hersoq: İsrail xalqının da Asiya bölgəsinə töhfə vermək üçün kifayət qədər resursu var
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
İsrail Prezidenti: Azərbaycan çox tolerant ölkədir, Bakı belə bir şəraitdə beynəlxalq sülh üçün vacib addımlar atır
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
Sadır Japarov: Azərbaycanın 2028-ci ilə qədər AQEM-ə sədrliyini dəstəkləyirik
Qusar–Həzrə–Sudur avtomobil yolunda aparılan bərpa işləri yekunlaşdırılıb
Şavkat Mirziyoyev: Azərbaycanın sədrliyi sayəsində AQEM daha məzmunlu və səmərəli olub
Tacikistan AQEM sammitinin yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib
Qazaxıstan Prezidenti: Azərbaycan və Ermənistan arasında sülh Şərqlə Qərbin əlaqələri üçün yeni perspektivlər yaradır
ATB-nin xalis mənfəəti 62% artıb