Paşha Bank
Bank Of Baku

“Discover the World” Azərbaycan Hava Yollarını Belçika və Niderlandda təmsil edəcək

“Discover the World” Azərbaycan Hava Yollarını Belçika və Niderlandda təmsil edəcək
# 14 oktyabr 2026 12:58 (UTC +04:00)

“Discover the World” şirkəti Azərbaycan Hava Yolları ilə əməkdaşlığını genişləndirərək aviaşirkətin Belçika və Niderland üzrə nümayəndəsi təyin olunub. Bu addım Azərbaycan Hava Yollarının Avropa bazarında mövqeyinin möhkəmləndirilməsinə xidmət edəcək.

"APA-Economics" xəbər verir ki, əməkdaşlıq çərçivəsində “Discover the World” hər iki ölkədə turizm agentlikləri, korporativ səyahət xidmətlərinin alıcıları və digər sektor tərəfdaşları ilə işləyərək Azərbaycan Hava Yollarının tanıdılması və satışlarının artırılması istiqamətində fəaliyyət göstərəcək. Əsas diqqət aviaşirkətin beynəlxalq marşrut şəbəkəsi barədə məlumatlılığın artırılmasına və yerli turizm sektoru ilə əməkdaşlıq vasitəsilə yeni satış imkanlarının yaradılmasına yönələcək.

Belçika və Niderland bazarları Azərbaycan Hava Yollarına Qərbi Avropada fəaliyyətini genişləndirmək, turizm və işgüzar səfərlər üçün Azərbaycanla, eləcə də aviaşirkətin şəbəkəsindəki digər istiqamətlərlə bağlantıları inkişaf etdirmək imkanı yaradır. “Discover the World” şirkətinin regiondakı təcrübəsi Azərbaycanın milli avidaşıyıcısının bu bazarlarda daha geniş tanınmasına və yeni kommersiya əlaqələrinin qurulmasına dəstək verəcək.

“Discover the World” şirkətinin qlobal müştərilər üzrə satış rəhbəri Terri Smit bildirib: “Azərbaycan Hava Yolları ilə əməkdaşlığımızın Belçika və Niderlandı da əhatə etməsindən məmnunuq. İnkişaf etmiş turizm sektoruna malik bu dinamik bazarlar beynəlxalq aviaşirkətlər üçün böyük potensial daşıyır. Komandalarımız Azərbaycan Hava Yollarının təklif etdiyi imkanları daha geniş auditoriyaya çatdırmaq, turizm sektoru və korporativ tərəfdaşlarla əlaqələri gücləndirmək, eləcə də satışların artırılması üçün yeni imkanlar müəyyənləşdirmək istiqamətində çalışacaq. Aviaşirkətin hər iki bazarda mövqeyinin daha da möhkəmlənməsinə töhfə verməyi səbirsizliklə gözləyirik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR