Azərbaycan Hindistan və Türkmənistanla mədəniyyət və turizm sahələrində əməkdaşlıq edəcək

Azərbaycan Hindistan və Türkmənistanla mədəniyyət və turizm sahələrində əməkdaşlıq edəcək
# 08 aprel 2009 14:56 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Hindistan və Türkmənistanın Azərbaycandakı səfirlərini qəbul edib. Mədəniyyət və Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanın Hindistan və Türkmənistanla mədəniyyət və turizm sahələrində qarşılıqlı əməkdaşlığı haqqında danışıqlar aparılıb. Tərəflər bu sahələr üzrə sazişlərin bağlanması və qarşılıqlı mədəniyyət günlərinin keçirilməsini müzakirə ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR