Bank Of Baku

Azərbaycanla İraq arasında dini turizmlə bağlı niyyət sənədi imzalanacaq

Azərbaycanla İraq arasında dini turizmlə bağlı niyyət sənədi imzalanacaq
# 15 aprel 2009 14:34 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İraqın turizm və tarixi abidələr naziri Kahtan Abbas Əl-Cuburini qəbul edib. QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, A. Paşazadə Azərbaycan müsəlmanlarını İraqa ziyarət səfəri etməyə daima can atdıqlarını, lakin onların bu ölkə ərazisində təhlükəsizliyinə tam zəmanətin verilməməsi səbəbindən son illər bunun həyata keçirilmədiyini vurğulayıb. A. Paşazadə deyib ki, səfərlərin bərpası üçün anlaşma protokolunun imzalanması zəruridir. Qonaq isə Azərbaycanla İraq arasında tarixən yüksək səviyyədə əlaqələrin mövcudluğundan danışıb və bu əlaqələri inkişaf etdirmək niyyətində olduqlarını qeyd edib. İraqlı nazir Azərbaycanla İraqı həm də dini əlaqələrin bağladığını, son illər azərbaycanlı zəvvarların İraqdakı müqəddəs dini məkanlara ziyarətinin məhdudlaşmasından təəssüf hissi keçirdiyini deyib. İraqın turizm naziri dini turizmlə bağlı niyyət sənətinin imzalanması zamanının yetişdiyini və bu yöndə lazımi tədbirlərin görüləcəyini deyib. QMİ sədrini yaxın zamanlarda İraqa dəvət edən nazir səfər zamanı bu məsələnin, habelə zəvvarlara vizaların verilməsi ilə bağlı məsələnin həllini tapacağını bildirib. A. Paşazadənin dahi Azərbaycan şairi Məhəmməd Füzulinin İraqdakı məzarı ilə bağlı narahatçılığına cavab olaraq, iraqlı nazir bildirib ki, Kərbəlada hazırda aparılan təmir-bərpa işləri zamanı Füzulinin qəbri abadlaşdırılacaq. Görüşdə İraqın Azərbaycandakı səfiri Ərşad Ömər İsmayıl da iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR