Nazir: “Torpaqlar azad edildikdən sonra Dağlıq Qarabağ Azərbaycanın ən cəlbedici turizm zonalarından biri olacaq”

Nazir: “Torpaqlar azad edildikdən sonra Dağlıq Qarabağ Azərbaycanın ən cəlbedici turizm zonalarından biri olacaq”
# 16 aprel 2009 12:10 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. “Bu gün Azərbaycanda 7 turizm zonasının perspektiv inkişafı üçün nəzərdə tutulan yerlər müəyyənləşdirilir. Bu istiqamətlərdən biri kimi Dağlıq Qarabağ nəzərdə tutulur. Biz bu gün bunun yollarının layihələndirilməsi ilə məşğuluq. Əminəm ki, siyasi saziş imzalandıqdan və torpaqlar azad olunduqdan sonra Dağlıq Qarabağ Azərbaycanın ən cəlbedici turizm zonalarından biri olacaq”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəz Qarayev deyib. Nazirin sözlərinə görə, Ermənistan bu gün turizm sərgilərində Dağlıq Qarabağı cəlbedici yer kimi öz stentlərində təqdim edir. Bununla da Azərbaycanın beynəlxalq təşkilatlar tərəfindən tanınan ərazi bütövlüyünün prinsiplərini pozur.
Ə. Qarayev onu da xatırladıb ki, Almaniyada bu yaxınlarda keçirilən turizm sərgisində Ermənistan Dağlıq Qarabağın turizm potensialını nümayiş etdirdiyi üçün Azərbaycan buna etiraz edərək sərgini tərk edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR