«Bakcell» uşaqlarla bağlı proqramın icrasına başlayıb

«Bakcell» uşaqlarla bağlı proqramın icrasına başlayıb
# 23 iyul 2009 14:22 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın ilk mobil operatoru olan «Bakcell» şirkəti Korporativ Sosial Məsuliyyət (KSM) fəaliyyəti çərçivəsində yeni proqrama başlayıb.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, “Bakcell” öz xeyriyyə fəaliyyətini Azərbaycanın uşaqlarına yönəldəcək. Şirkət təşkilatlara yardım edəcək və əlavə qayğıya ehtiyacı olan uşaqlara kömək göstərmək məqsədi daşıyan layihələri gerçəkləşdirəcək.
Yeni proqram çərçivəsində «Bakcell» uşaqlarla işləyən ən tanınmış xeyriyyə təşkilatlarından olan «SOS Children’s Villages-Azerbaijan»la saziş imzalayıb. Bu təşkilat ölkə ərazisində uşaqların yaşayıb tərbiyə aldığı bir neçə ixtisaslaşdırılmış «kənd» yaradıb. SOS uşaq kəndləri yetim uşaqların və valideyn himayəsiz qalan uşaqların uzunmüddətli tərbiyəsinin ailə formasıdır.
«Bakcell» SOS Bakı kəndində yaşayan uşaqlardan ibarət xorun yaradılmasında yardım göstərmək niyyətindədir. Bu məqsədlə «Bakcell» uşaqlar üçün vokal incəsənət dərsləri təşkil edəcək. Gələcəkdə «Bakcell»in təşkilində iştirak edəcəyi müxtəlif tədbirlərdə yaradılan xorun çıxışı gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR