Azərbaycanda «Fərdi kompüterlərin lisenziyalaşdırılması» layihəsinin icrasına başlanılıb

Azərbaycanda «Fərdi kompüterlərin lisenziyalaşdırılması» layihəsinin icrasına başlanılıb
# 15 avqust 2009 09:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları içərisində ilk olaraq nazirliyin aparatında, idarə və müəssisələrində olan kompüterlərdə istifadə edilən «Microsoft» proqram məhsullarının lisenziyalaşdırılmasına başlayıb.
RİTN-dən «APA-Economics»ə verilən məlumata görə, lisenziyalaşdırma ilə əlaqədar saziş birbaşa «Microsoft» şirkəti ilə bağlanıb. Bu layihənin əsas üstünlüyü qiymətlərin aşağı olması və ödənişin hissə-hissə aparılmasıdır. Həmçinin sazişin qüvvədə olduğu müddət ərzində «Microsoft» şirkətinin məhsullarının yeni versiyalarından istifadə etmək imkanı yaranır.
Qeyd edək ki, RİTN və onun strukturuna daxil olan bütün rabitə birlik və müəssisələrində «Microsoft» korporasiyasının məhsullarının lisenziyalaşdırılması layihəsi 2009-2011-ci illərdə «Microsoft» şirkətinin tərəfdaşı olan «ULTRA» şirkəti tərəfindən həyata keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR