Azərbaycan paytaxtında 27 yaşlı gənc nişanlısını dənizdə batmaqdan xilas edərkən boğulub

Azərbaycan paytaxtında 27 yaşlı gənc nişanlısını dənizdə batmaqdan xilas edərkən boğulub
# 17 avqust 2009 08:36 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycan paytaxtında 27 yaşlı gənc nişanlısını dənizdə batmaqdan xilas edərkən özü boğularaq ölüb. Bu barədə APA-ya Əzizbəyov rayon Prokurorluğundan məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə Mərdəkan çimərliyində baş verib. Binəqədi rayon sakini, 1982-ci il təvəllüdlü Ramiz Qurban oğlu Gəncəliyev xəzər dənizində çimərkən boğularaq ölüb. Onun nişanlısını dənizdə batmaqdan xilas edərkən boğulduğu bildirilir.

Faktla bağlı Əzizbəyov rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR