Rusiyada mövcud olan avtomobillərin yarıdan çoxu məhv edilə bilər

Rusiyada mövcud olan avtomobillərin yarıdan çoxu məhv edilə bilər
# 03 sentyabr 2009 09:24 (UTC +04:00)
Bakı – APA-Economics. Rusiyada mövcud olan avtomobillərin yarıdan çoxuna məhv edilmə proqramı şamil oluna bilər. “APA-Economics”in məlumatına görə, Rusiyanın Sənaye və Ticarət Nazirliyi 2010-cu ildə sözügedən proqramı test rejimində buraxmağı planlaşdırır.
Hazırda ölkədə 10 ildən artıq istifadədə olan 19,6 milyon minik avtomobili var. Bu isə 34,4 milyonluq Rusiya avtoparkının 56,9%-i deməkdir.
Yeni proqrama əsasən “Moskviç”, “ZAZ” və “LUAZ” markalı avtomobillərin demək olar ki, hamısını məhv etmək olar. “QAZ” avtomobillərinin 70%-i (1,26 mln.), “UAZ” avtomobillərinin 73%-i (594 min), “VAZ” avtomobillərinin isə 60%-i (9,11 mln.) 1 yanvar 1999-cu ilə qədər buraxılıb.
Əcnəbi markalı avtomobillər arasında “ağsaqqal” “Toyota” sayılır. Rusiyada qeydiyyatda olan “Toyota”ların 58,6%-i (1,6 mln.) köhnədir. Minik avtomobilləri üzrə isə əcnəbi brendlərin payı belədir: “Isuzu” (91%), “Audi” (79%), “Saab” (77%), “Alfa Romeo” (75%), “Daihatsu” (69%), “Rover” (67%), “Volkswagen” (66,5%), “Mercedes-Benz” (65,1%).
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR