Azərbaycanın Tərtər rayonunda orta məktəbin yaxınlığında partlamamış mərmi tapılıb

Azərbaycanın Tərtər rayonunda orta məktəbin yaxınlığında partlamamış mərmi tapılıb
# 02 oktyabr 2009 07:38 (UTC +04:00)
Tərtər. Teymur Zahidoğlu-APA. Azərbaycanın Tərtər rayonunun Həsənqaya kəndində yerləşən 117 saylı Kəlbəcər köçkün əsas məktəbinin yaxınlığından partlamamış mərmi tapılıb. Tərtər rayon Mülki Müdafiə Qərargahının rəisi İlqar Musayev APA-nın Qarabağ bürosuna bildirib ki, partlamamış hərbi sursatlardan biri «Qrad» tipli reaktiv artilleriya, digəri isə 125 mm çaplı top mərmisidir. Hadisə yerində hazırda Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) mina mütəxəssisləri zərərsizləşdirmə işi aparırlar.
İ. Musayevin sözlərinə görə, son günlər baş verən yağışlar nəticəsində çaylarda suyun səviyyəsinin artması daşqınlardan da dəhşətli vəziyyət yaradıb: “Axıb gələn sel suları özü ilə işğal olunmuş Azərbaycan torpaqlarından və qoşunların təmas xəttinin neytral ərazilərindən xeyli sayda mina gətirir. Ötən gün axşam saatlarında Tərtər çayında iki ədəd partlamamış PMN-72 markalı tank əleyhinə mina aşkarlanıb. Ancaq suyun səviyyəsi normadan artıq olduğunu üçün onları zərərsizləşdirmək mümkün olmayıb. Ərazi tam nəzarətə götürülüb”.
Mütəxəssislər hesab edirlər ki, çayda su azaldıqdan sonra partlayıcı qurğuları yerində partlatmaqla zərərsizləşdirmək mümkündür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR