Bakıda Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın iclası keçirilib

Bakıda Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın iclası keçirilib
# 05 oktyabr 2009 13:50 (UTC +04:00)
Bakı – APA-Economics. Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın keyfiyyətə nəzarət texniki komitəsinin iclası keçirilib. Bu barədə “APA-Economics”ə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, iclasda Şuraya üzv olan 6 ölkədən nümayəndələr iştirak edib. Toplantıda keyfiyyət problemləri ilə bağlı məsələlər geniş müzakirə olunub. Texniki reqlamentlərin, normativ sənədlərin tələblərinə əməl edilməsi sahəsində mövcud vəziyyət təhlil edilib, Dövlətlərarası Şuranın bununla bağlı fəaliyyət planları hazırlanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR