Azərbaycanın mədənçıxarma sənayesində istehsalın həcmi son bir ildə 8% artıb

Azərbaycanın mədənçıxarma sənayesində istehsalın həcmi son bir ildə 8% artıb
# 23 oktyabr 2009 10:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın mədənçıxarma sənayesində istehsalın həcmi əvvəlki ilin müvafiq dövrünün səviyyəsindən 7,8% çox olub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən 31,5 mln. ton neft və ya 10,7% çox, 7 403,2 mlrd. kubmetr və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 16,4% çox əmtəəlik təbii qaz hasil edilib.

Qeyd edək ki, 2009-cu ilin yanvar-avqust aylarında sənaye işçilərinin 22,8%-i mədənçıxarma sənayesində çalışıb. Bu sahədə işləyənlərin orta aylıq əmək haqqı 1 021,6 manat olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR