Azərbaycan Dillər Universitetində yeni kafedranın təqdimatı keçirilib

Azərbaycan Dillər Universitetində yeni kafedranın təqdimatı keçirilib
# 31 oktyabr 2009 01:37 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində (İRK) yeni fəaliyyətə başlayan “Təlimdə İnnovasiyalar və Əlavə Təhsil” kafedrasının təqdimat mərasimi keçirilib.

ADU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, açılış mərasimində ADU-nun Tədris işləri üzrə prorektoru, professor Natiq Yusifov, Azərbaycan Müəllimlər İnstitutunun Əlavə Təhsil üzrə prorektoru, professor Əsabəli Quliyev, “Təlimdə İnnovasiyalar və Əlavə Təhsil” kafedrasının müdiri Əmralı Şirəliyev və universitetin professor-müəllim heyəti iştirak edib.

ADU-nun Tədris işləri üzrə prorektoru Natiq Yusifov bildirdi ki, universitet 2009-2010-cu tədris ilinə bir çox yeniliklərlə başlayıb. Bu yeniliklər sırasında “Təlimdə İnnovasiyalar və Əlavə Təhsil” kafedrası da var: “Azərbaycan Dillər Universiteti ölkənin təhsil sahəsində aparılan islahatlara görə həmişə öndə gedən universitet olub. Tərcümə fakültəsinin yenidən qurulması, yeni kafedraların açılması bunun nəticəsidir”.

“Təlimdə İnnovasiyalar və Əlavə Təhsil” kafedrasının müdiri pedaqoji elmlər doktoru, professor Əmrali Şirəliyev kafedranın strukturundan, istiqamətlərindən, vəzifələrindən danışıb, kafedranın əməkdaşlarını təqdim edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR