Çin Silahlı Milis Qüvvələrinin yüksək rütbəli zabitlərindən ibarət nümayəndə heyəti Azərbaycana gələcək

Çin Silahlı Milis Qüvvələrinin yüksək rütbəli zabitlərindən ibarət nümayəndə heyəti Azərbaycana gələcək
# 05 noyabr 2009 14:37 (UTC +04:00)
Bakı - APA. Çin Xalq Respublikası Silahlı Milis Qüvvələrinin yüksək rütbəli zabitlərindən ibarət nümayəndə heyəti gələn həftə Azərbaycana gələcək. Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.

Səfər noyabrın 9-da başlayacaq. Azərbaycana səfər çərçivəsində Çin nümayəndə heyəti Daxili Qoşunların xidməti döyüş fəaliyyəti, həmçinin antiterror əməliyyatlarında iştirakı ilə tanış olacaq, əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılacaq.

Görüşdə hərbi təhsil sahəsində əməkdaşlıq məsələlərinə də diqqət yetiriləcək.

Nümayəndə heyətində general və polkovnik rütbəli zabitlərin təmsil olunacağı bildirilir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR