Çingiz Abdullayev: “Kitab mağazasını bağlayıb, qadın corabları satılan dükan açdılar” - FOTO

Çingiz Abdullayev: “Kitab mağazasını bağlayıb, qadın corabları satılan dükan açdılar” - <font color=red>FOTO</font>
# 25 noyabr 2009 11:29 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Azərbaycanda kitab satış mağazalarının az olması kitaba marağı da azaldır. Çox acınacaqlı durumdur ki, bu gün bu qədər əhalisi olan respublikada 4-5 kitab mağazası fəaliyyət göstərir. Azərbaycanda daha çox kitab mağazalarının olmasını arzulayıram”. APA-nın məlumatına görə, bu sözləri bu gün Azərbaycan Yazıçılar Birliyində (AYB) keçirilən tədbirdə çıxış edən birliyin katibi, xalq yazıçısı Çingiz Abdullayev deyib. Azərbaycan ədəbiyyatının hazırkı vəziyyətindən də narazılıq edən xalq yazıçısı, vaxtilə sökülən kitab mağazalarından birinin yerində digər əşyaların satışının təşkil olunduğunu vurğulayıb: “Həmin kitab mağazasının sahəsi çox geniş idi. Ancaq kitab mağazasının yerində qadın corabları satılan dükan açdılar. Mən anlayıram ki, corab vacib bir şeydir, ancaq kitab mağazasının yerində bunu etmək nə dərəcədə doğrudur? Bu halı dəyişmək mütləqdir. Bu problemlərin həlli üçün müxtəlif yollara əl atmaq lazımdır. Nə qədər vaxt tələb olunsa da, bunu etməliyik”.

Ç. Abdullayev Azərbaycan xalqının kitaba marağının azalmadığını, sadəcə, insanların kitab satışı yerləri tapmadığını deyib: “Bütün bu hallar yazıçılarda, şairlərdə yazmaq həvəsini azaldır. Xalqı keçmiş ədəbiyyatla yanaşı, müasir ədəbiyyatla tanış etmək lazımdır. Bəlkə müasir yazarlar arasında da Səməd Vurğun yetişəcək? Axı onu tapmaq üçün onun kitabının satılması lazımdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR