Qəbələ Dövlət Yanğından Mühafizə Hissəsi üçün yeni inşa edilmiş inzibati binanın açılışı olub

Qəbələ Dövlət Yanğından Mühafizə Hissəsi üçün yeni inşa edilmiş inzibati binanın açılışı olub
# 14 dekabr 2009 07:59 (UTC +04:00)
Qəbələ. Şahnəzər Bəşirov-APA. Azərbaycanın Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyinin (FHN) Qəbələ Dövlət Yanğından Mühafizə Hissəsi (DYMH) üçün yeni inşa edilmiş inzibati binanın açılışı olub. APA-nın xəbərinə görə, açılış mərasimində fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov da iştirak edib. Nazir açılış lentini kəsib, inzibati bina, yanğınsöndürən avtomobillərin saxlandığı depo, anbar, yataqxana, yeməkxana, iş və tədris otaqları ilə tanış olub, şəxsi heyətlə görüşüb.

K. Heydərov çıxışında bildirib ki, yaxın zamanlarda Qəbələnin ən böyük yaşayış məntəqələri olan Vəndam, Nic və Hacallıda mühafizə hissəsinin bölmələri yaradılacaq. Bu, rayon mərkəzindən uzaqda olan bu yaşayış məntəqələrində baş verə biləcək yanğın hadisələrinin qarşısının operativ surətdə alınması məqsədi güdür.

K. Heydərov bu gün Ağsu və Qobustan rayonlarında Dövlət Yanğından Mühafizə hissələri üçün yeni tikilmiş inzibati binaların da açılışının olacağını deyib. Nazirin sözlərinə görə, gələcəkdə bütün rayonlarda Dövlət Yanğından Mühafizə hissələri üçün yeni inzibati binalar tikiləcək, böyük yaşayış məntəqəlində isə onların bölmələri açılacaq, texnika parkı genişləndiriləcək, yanğınsöndürənlərin sayı artırılacaq.

Qeyd edək ki, Qəbələ DYMH-də 52 nəfərdən ibarət şəxsi heyət fəaliyyət göstərir. Hissə
“KamAZ”, “İVECO”, “MAN” markalı yanğınsöndürən maşınlarla təmin olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR