Sumqayıtda “Almaniyanın romantik şəhərləri” adlı sərginin açılışı olub

Sumqayıtda “Almaniyanın romantik şəhərləri” adlı sərginin açılışı olub
# 16 dekabr 2009 03:32 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Dekabrın 15-də Sumqayıt Dövlət Rəsm Qalereyasında “Almaniyanın romantik şəhərləri” adlı sərginin açılışı olub.

APA-nın məlumatına görə, sərgi Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyi və Sumqayıt şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə həyata keçirilib. Açılışda şəhər İcra Hakimiyyətinin nümayəndələri, Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Per Stankina və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən Sumqayıt ŞİH başçısının müavini R.Həsənov qonaqları salamlayıb. P.Stankina Azərbaycanda Almaniya Həftələri “Almaniya ilə tanışlıq” proqramı çərçivəsində həyata keçirilən bu sərgidə Almaniyanın görməli yerlərini əks etdirən əsərlər nümayiş etdirildiyini qeyd edib.

Qeyd edək ki, sərginin nümayişi dekabrın 25-dək davam edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR