«Kredo Bank» müddətli əmanətlər üzrə gəlirliyi azaldacaq

«Kredo Bank» müddətli əmanətlər üzrə gəlirliyi azaldacaq
# 05 yanvar 2010 12:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Kredo Bank» ASC yaxın günlərdə müddətli əmanətlər üzrə faiz dərəcələrini azaltmaq niyyətindədir. Bunu «APA-Ecoomics»ə açıqlamasında bankın İdarə Heyətinin sədri Barat Piriyev bildirib.

B.Piriyevin sözlərinə görə, hazırda bankın müddətli əmanətlər üzrə orta faiz dərəcəsi illik 14% təşkil edir: «Bu ilin yanvar ayında bankın Müşahidə Şurası və İdarə Heyətinin birgə keçiriləcək iclasında müddətli əmanət növləri üzrə orta gəlirliyin 14%-dən 12%-dək azaldılması məsələsi müzakirə olunacaq. Bu məsələdə əmanətçilərin də fikri nəzərə alınacaq».

Qeyd edək ki, artıq Azərbaycanda fəaliyyət göstərən bir neçə bank müddətli əmanətlər üzrə faiz dərəcələrini azaldıb.

Xatırladaq ki, təsisçisi 11 yerli fiziki şəxs olan «Kredo Bank» ASC 1994-cü ildə yaradılıb. Bankın respublika üzrə 14 filialı, 6 bankomatı və 55 POS-terminalı var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR