Tiflisdə Batumi sammitinə hazırlıq iclası keçirilir

Tiflisdə Batumi sammitinə hazırlıq iclası keçirilir
# 11 yanvar 2010 09:34 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Tiflisdə yanvarın 14-də Batumidə keçiriləcək enerji sammitinə hazırlıq iclası keçirilir.

APA-nın Gürcüstan KİV-nə istinadən məlumatına görə, Gürcüstanın enerji naziri Aleksandr Xetaquri bildirib ki, hazırlıq iclasında enerji məsələləri müzakirə olunur. Nazir həmçinin deyib ki, Batumi sammitində Gürcüstan üçün vacib layihə olan maye qazın nəqli məsələləri müzakirə olunacaq.

Azərbaycan, Polşa, Ukrayna, Latviya və Litva prezidentləri sammitdə iştirak edəcəklərini təsdiqləyiblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR