Azərbaycanda təkrar dövlət qeydiyyatına alınan daha 33 dini icmaya şəhadətnamələr təqdim olunub

Azərbaycanda təkrar dövlət qeydiyyatına alınan daha 33 dini icmaya şəhadətnamələr təqdim olunub
# 15 yanvar 2010 08:40 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Təkrar dövlət qeydiyyatına alınan daha 33 dini icmaya qeydiyyat şəhadətnamələri təqdim olunub. APA-nın məlumatına görə, bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində mərasim keçirilib. Mərasimdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov deyib ki, bununla, təkrar dövlət qeydiyyatına alınan dini icmaların sayı 188-ə çatıb.

H. Orucovun sözlərinə görə, indiyə kimi komitəyə qeydiyyata alınma ilə bağlı 700 müraciət daxil olub. Təkrar qeydiyyata almadan əvvəl isə cəmi 534 dini icma qeydiyyatda olub.

Qeyd edək ki, bu gün qeydiyyat haqqında şəhadətnamə təqdim olunan dini icmalar arasında Avropa Yəhudiləri İcması da var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR