Nigar Köçərli: “Milli Kitab Mükafatında yer qazanmaq istəyən bəzi müəlliflər bizə rüşvət təklif ediblər” - FOTO

Nigar Köçərli: “Milli Kitab Mükafatında yer qazanmaq istəyən bəzi müəlliflər bizə rüşvət təklif ediblər” - <font color=red>FOTO</font>
# 26 yanvar 2010 12:06 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Elan etdiyimiz Milli Kitab Mükafatına əsər təqdim edən bəzi müəlliflər yüksək yer qazanmaq üçün bizə rüşvət xarakterli təkliflər ediblər. Pul təklif edən də olub. Hətta kişi ətriyyatları, rayon pendiri, müxtəlif meyvələr gətiriblər. Ancaq sözsüz ki, bunların heç biri qəbul olunmayıb və müsabiqə tam obyektivliklə keçirilir”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Milli Kitab Mükafatının təsisçisi, Bakıdakı “Əli və Nino” kitab mağazalarının rəhbəri Nigar Köçərli deyib. N. Köçərli media vasitəsilə müsabiqə iştirakçılarına müraciət edib: “Münsiflər və ekspertlər adından bildirirəm ki, heç kimə zəng etdirmək və tapşırtdırmaq lazım deyil. Biz qalibi zənglər, tapşırıqlar əsasında seçməyəcəyik. Əgər bundan sonra da zənglər olsa, biz tapşırılan əsəri müsabiqədən çıxaracağıq”.

Qeyd edək ki, Milli Kitab Müsabiqəsində I yerin sahibi 3000 manat, II yerin sahibi 2000 manat, III yerin sahibi isə 1000 manat qazanacaq. Bundan əlavə, bir gənc yazıçıya Gənclər və İdman Nazirliyi tərəfindən 1000 manat məbləğində mükafat veriləcək.

Milli Kitab Mükafatına informasiya dəstəyi verən KİV-lər arasında APA da var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR