«Əmrah Sığorta» gələn həftə yeni səhm emissiyasının yerləşdirilməsinə başlayacaq

«Əmrah Sığorta» gələn həftə yeni səhm emissiyasının yerləşdirilməsinə başlayacaq
# 29 yanvar 2010 14:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin fevral ayının 2-dən etibarən Bakı Fond Birjasında (BFB) «Əmrah Sığorta» ASC-nin adi sənədli adlı səhmlərinin yerləşdirilməsinə başlanacaq.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 200 manat, sayı 5 min ədəd, emissiyanın ümumi həcmi isə 1 mln. manat təşkil edir. Emissiyanın kütləvi təklif üsulu ilə BFB vasitəsilə yerləşdirilməsi planlaşdırılır. Səhmlərin yerləşdirilməsində anderrayter vəzifəsində «Chelsea Capital» MMC çıxış edir. Emissiyanın yerləşdirilməsi uğurla başa çatacağı təqdirdə, şirkətin nizamnamə kapitalı 50% artaraq 3 mln. manata çatacaq.

Xatırladaq ki, təsisçisi 2 fiziki şəxs olan «Əmrah Sığorta» şirkəti 1993-cü ildən fəaliyyət göstərir. Şirkət hazırda 3 icbari və 14 könüllü sığorta növü üzrə xidmət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR