İraqdakı seçkilərin əsas problemi təhlükəsizlikdir – BMT

İraqdakı seçkilərin əsas problemi təhlükəsizlikdir – BMT
# 17 fevral 2010 02:18 (UTC +04:00)
Bakı-APA. BMT martın 7-də İraqda keçiriləcək parlament seçkilərilə bağlı daha çox təhlükəsizliyin təmini olunması məsələsinə görə narahatdır. BMT-nin İraqa yardım göstərilməsi missiyasının rəhbəri və BMT baş katibinin xüsusi nümayəndəsi Ed Melkert Təhlükəsizlik Şurasına təqdim etdiyi hesabatda bu barədə qeyd edib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, sənəddə yalnız son 3 həftə ərzində baş vermiş terror aktları nəticəsində 120-yə yaxın insanın həyatını itirdiyi vurğulanır.

«Seçkilərə texniki hazırlıq baxımından hər şey normaldır. Lakin görüləcək işlər hələ çoxdur. Təhlükəsizlik birinci növbədə iraqlılar, həmçinin beynəlxalq ictimaiyyət üçün əsas problem olaraq qalır», deyə Melkert bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR