Krakovda “Tarixi şəhərlərdə inkişaf, quruculuq və mühafizə” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Krakovda “Tarixi şəhərlərdə inkişaf, quruculuq və mühafizə” mövzusunda beynəlxalq konfrans keçiriləcək
# 18 mart 2010 14:11 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Martın 22-24-də Polşanın Krakov şəhərində “Tarixi şəhərlərdə inkişaf, quruculuq və mühafizə” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən APA-ya verilən məlumata görə, Avropanın bir sıra tarixi şəhərlərinin nümayəndələrinin iştirak edəcəyi konfransda tarixi şəhərlərin master planı, müasir dövrdə tarixi şəhərlərin qarşısında duran çağırışlar, o cümlədən planlaşdırma, memarlıq dizaynı, tikinti materialları və konservasiya texnologiyaları mövzusunda fikir mübadiləsi aparılacaq. Konfransda əsas çıxışlardan birinin İçərişəhərin Konservasiyası üzrə Master Plana həsr edilməsi nəzərdə tutulur. Təqdimatı Qoruq İdarəsinin rəisi Mikayıl Cabbarov keçirəcək.
Xatırladaq ki, beynəlxalq ekspertlər qrupu tərəfindən hazırlanmış və ötən ilin iyununda təqdimatı keçirilmiş İçərişəhərin Konservasiyası üzrə Master Plan YUNESKO-nun Ümumdünya İrs Komitəsi tərəfindən hazırlanması tələb edilən sənədlərdən biridir və hazırda İçərişəhər ərazisində gedən bərpa işləri həmin plana uyğun şəkildə həyata keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR