Prezident İlham Əliyev Rusiyanın dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev Rusiyanın dövlət başçısını təbrik edib
# 11 iyun 2010 18:02 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın milli bayramı münasibətilə Prezident Dmitri Medvedevə təbrik məktubu göndərib. Bu barədə APA «Azərtac»a istinadən məlumat verir.

Məktubda deyilir: «Dost Rusiya iqtisadiyyatın və sosial sahənin modernləşdirilməsi, siyasi sistemin təkmilləşdirilməsi üzrə genişmiqyaslı proqramları uğurla həyata keçirir. Ölkənin beynəlxalq birlikdə nüfuzu artır, mövqeləri möhkəmlənir.
Azərbaycan ilə Rusiya arasında etimad, qarşılıqlı dəstək prinsiplərinə əsaslanan dostluq və mehriban qonşuluq münasibətlərinin dərin tarixi kökləri vardır. Əminəm ki, bu xeyirxah ənənələr, dövlətlərarası münasibətlərimiz, hərtərəfli əməkdaşlıq xalqlarımızın mənafeyi, Qafqazda sülh və sabitlik naminə bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Hörmətli Dmitri Anatolyeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və yeni uğurlar, bütün Rusiya xalqına firavanlıq və tərəqqi arzulayıram».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR