Azərbaycan paytaxtında qətlə yetirilən şəxsin meyiti tapılıb

Azərbaycan paytaxtında qətlə yetirilən şəxsin meyiti tapılıb
# 25 iyun 2010 10:23 (UTC +04:00)
Bakı-APA. Bakı şəhər sakininin küt alətlə qətlə yetirilmiş meyiti tapılıb. APA-nın Daxili İşlər Nazirliyinin rəsmi internet saytına istinadən xəbərinə görə, hadisə iyunun 24-də saat 14.40 radələrində qeydə alınıb. Yasamal rayonu ərazisindəki Q.Xəlilov küçəsində Bakı şəhər sakini Nazim Tağıyevin küt alətlə qətlə yetirilmiş meyiti aşkarlanıb. Yasamal rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR