Azərbaycanın avtomobil bazarında likvidlik əmsalı 3 illik minimuma enib

Azərbaycanın avtomobil bazarında likvidlik əmsalı 3 illik minimuma enib
# 25 iyun 2010 13:30 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin may ayında Bakı şəhərinin avtomobil bazarında aprel ayı ilə müqayisədə təklifin azalması müşahidə olunub. Ay ərzində bazarda bağlanan əqdlərin dinamikası 1,8% azalıb. Bu «APA-Economics»ə «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyindən məlumat verilib.

Mayda bazarda orta qiymət əvvəlki ayla müqayisədə dəyişməz qalıb və 15 380 dollar təşkil edib.

Bazarda müşahidə olunan passivlik may ayında avtomobillərin ekspozisiya müddətinin artmasına səbəb olub. Ekspozisiya müddətinin artması, eyni zamanda əmlakın bu növü üzrə dövlət tərəfindən qəbul edilən bəzi qərarlar bir əmlak növü kimi avtomobilə olan marağın azalmasına səbəb olub. Bu isə əmlakın bu növü üzrə risk dərəcəsini artırıb. Avtomobillərin likvidlik əmsalı son 3 ildə ən aşağı həddə düşüb.

Ay ərzində təkrar avtomobil bazarında araşdırma predmeti olan 7 mindən artıq avtomobilin 36,1%-i bazara məhz may ayı ərzində təklif olunub. Qalan 63,9%-i isə əvvəlki aylardan qalan avtomobillərdir. Əvvəlki iki ay ərzində köhnə avtomobillərin bazara kütləvi axın tendensiyası may ayında bir qədər stabilləşib.

Üç ildir ki təkrar bazarda liderliyi böyük fərqlə əldə saxlayan məşhur alman markası «Mercedes-Benz»in təklif üzrə payı əvvəlki ayla müqayisədə 0,4 faitz bəndi artaraq, bu markanın ümumi portfeldə xüsusi çəkisi (38,96%) əsas paya malikdir. Araşdırmalar göstərir ki, ötən aylarda olduğu kimi «Mercedes-Benz» ümumi təklif portfelində digər rəqiblərini hələ də böyük fərqlə qabaqlayır. Ümumilikdə, 9 markanın təklif üzrə payı 82,3% təşkil edib, qalan 17,7% isə 20-dən artıq şirkətin istehsalı olan 85-ə yaxın avtomarka arasında bölünür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR