Əli Babayev: “Gürcüstanda azərbaycanlı iş adamları sıxışdırılır”

Əli Babayev: “Gürcüstanda azərbaycanlı iş adamları sıxışdırılır”
# 02 iyul 2010 14:58 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Gürcüstanda azərbaycanlı iş adamları sıxışdırılır”. APA-nın məlumatına görə, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri (GAK) Əli Babayev bildirib ki, bu səbəbdən azərbaycanlı iş adamları ölkəyə investisiya qoymaqdan çəkinirlər: “Azərbaycanlı iş adamlarının sıxışdırılması bütün Gürcüstan üzrə müşahidə olunur. Marneuli və Qardabani rayonunda vergi müfəttişləri hətta kiçik ticarət obyektlərinin azərbaycanlı sahiblərindən heç bir əsas olmadan küllü miqdarda vergi ödəməyi tələb edirlər”.

O, belə faktların az olmadığını da qeyd edib: “Yormuğanlı kəndinin Qaraçöp məntəqəsində bir azərbaycanlı iş adamı 1995-ci ildən qanun çərçivəsində əldə etdiyi torpaq sahəsində müəyyən iş qurmuşdu. 2009-cu ildə yerli hakimiyyət orqanları ona bildiriblər ki, bu torpaq sahəsi ona məxsus deyil və sənədləri saxtadır. Həmin şəxs küllü miqdarda cərimə olunduqdan sonra rahat buraxıldı”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR