Milli təhlükəsizlik naziri Eldar Mahmudov BMT-nin Azərbaycana yeni təyin olunmuş Rezident Əlaqələndiricisini qəbul edib - FOTO

Milli təhlükəsizlik naziri Eldar Mahmudov BMT-nin Azərbaycana yeni təyin olunmuş Rezident Əlaqələndiricisini qəbul edib - <font color=red>FOTO</font>
# 28 iyul 2010 11:45 (UTC +04:00)
Bakı-APA. Milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov BMT-nin Azərbaycana yeni təyin olunmuş Rezident Əlaqələndiricisi, BMT İnkişaf Proqramının Rezident Nümayəndəsi, səfir Fikrət Akçuranı qəbul edib. MTN-in İctimai Əlaqələr Mərkəzindən APA-ya verilən məlumata görə, Eldar Mahmudov səfir Fikrət Akçuranı Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib.
Milli təhlükəsizlik naziri BMT ilə Azərbaycan arasında münasibətlərin inkişafı yönümündə, habelə BMT İnkişaf Proqramı və «Cənubi Qafqazda Narkotiklərə Nəzarət» (SCAD) Regional Yardım Proqramı üzrə həyata keçirilən layihələr çərçivəsində ölkəmizin hüquq-mühafizə orqanlarının, o cümlədən MTN-in texniki və metodiki baxımdan təchizatı və beynəlxalq təcrübə mübadiləsinin təşkili, narkotiklərin qaçaqmalçılığı ilə mübarizə sahəsində yardımları və önəmli səyləri yüksək qiymətləndirib.
Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun yaratdığı fəsadlar, ölkəmizin problemin hamılıqla qəbul olunmuş beynəlxalq prinsip və hüquq normalarına uyğun ədalətli həlli uğrunda göstərdiyi səylər, Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunmasına dair BMT-nin müvafiq qətnamələrinin yerinə yetirilməsi və bu işdə aidiyyəti beynəlxalq strukturların ardıcıl çalışmalarının zəruriliyi barədə danışıb. Daha sonra, nazir Eldar Mahmudov beynəlxalq terrorçuluqla və transmilli mütəşəkkil cinayətkarlığın digər təhlükəli təzahürləri ilə aparılan mübarizə ilə bağlı məlumat verib.
Fikrət Akçura Azərbaycanda BMT-in Rezident Əlaqələndiricisi təyin olunmasından qürur duyduğunu, təmsil etdiyi beynəlxalq qurumun ölkəmizdə həyata keçirdiyi müvafiq proqramların xalqın rifahı və inkişafı naminə əhəmiyyətli töhvə verməsi üçün bundan sonra da hərtərəfli kömək göstəriləcəyini qeyd edib. O, Azərbaycanın tərəqqisi üçün başlıca təminat olan mövcud ictimai-siyasi sabitliyi yüksək qiymətləndirmiş, bu işdə, eləcə də bütün sahələrdə hər cür təhdidlərin xəbərdar olunmasında və qarşısının alınmasında, həmçinin ölkədə fəaliyyət göstərən diplomatik korpusun təhlükəsizliyinin təmin olunmasında MTN-in rolunu xüsusi vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR