MSK parlament seçkiləri ilə bağlı toplu nəşr edib
29 iyul 2010 12:48 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Mərkəzi Seçki Komissiyası (MSK) bu il Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı toplu nəşr edib. Qurumun mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, MSK hüquqi bazanın gücləndirilməsi məqsədilə normativ xarakterli aktların – təlimatların, izah və qaydaların təsdiq olunması barədə qərar qəbul edib və həmin sənədlər 10 topluda cəmləşdirilib. Artıq sözügedən toplulardan biri işıq üzü görüb və MSK tərəfindən aşağı seçki komissiyalarına göndərilir. Normativ xarakterli aktlardan ibarət digər toplular da yaxın vaxtlarda çapdan çıxacaq və aşağı seçki komissiyalarına çatdırılacaq.
Bundan əlavə, MSK Milli Məclisə seçkilərə dair 23 adda müxtəlif sənəd nümunələrini təsdiqləyərək çap etdirib. Komissiya həmin sənəd nümunələrinin də aşağı seçki komissiyalarına çatdırılmasını təmin edir.
Qeyd edək ki, MSK-nın qəbul etdiyi normativ xarakterli aktlar qurumun rəsmi internet səhifələri(www.msk.gov.az; www.cec.gov.az; www.infocenter.gov.az ) vasitəsilə ictimailəşdirilib.

Daxili siyasət
Milli Məclisin iclası başlayıb
11:01
21 may 2024
İranın Azərbaycandakı səfirliyində bayraq endirilib - FOTO
11:03
20 may 2024
Arif Hacılı Müsavat Məclisinin sədri seçilib, başqanın 6 müavini təyin edilib
16:23
18 may 2024
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
14:12
17 may 2024