Azərbaycan paytaxtında ticarət obyektlərində yanğın olub

Azərbaycan paytaxtında ticarət obyektlərində yanğın olub
# 05 avqust 2010 06:48 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda ticarət obyektlərində yanğın olub. Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən məlumat verilib.
Hadisə bu gün səhər Nəsimi rayonu, Azadlıq prospekti, 22 ünvanında qeydə alınıb. Bir-birinə bitişik ticarət köşklərində baş verən yanğın ümumilikdə 150 kv/m ərazini əhatə edib. Hadisə yerinə cəlb edilən yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı tezliklə alınıb.

Yanğının baş vermə səbəbləri məlum deyil. Araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR