Asif Verdiyev: “Bakı və Abşeron yarımadasında hazırda havada nisbi rütubət normadan yüksəkdir”

Asif Verdiyev: “Bakı və Abşeron yarımadasında hazırda havada nisbi rütubət normadan yüksəkdir”
# 17 avqust 2010 09:21 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib. Onun sözlərinə görə, avqustun 16-da Bakıda havanın temperaturu iqlim normasından 5,7 dərəcə yüksək olub. A. Verdiyev hesab edir ki, belə hava şəraiti anomal sayılmır.
Baş hidroloq bildirib ki, bu gün gündüz saatlarında və sabah Bakı və Abşeron yarımadasında temperaturun 35-38 dərəcə isti olacağı gözlənilir. Avqustun 19-da da temperaturun 36-38, bəzi yerlərdə 40 dərəcə isti olacağı proqnozlaşdırılır. Avqustun 18-19-da hava az buludlu, yağmursuz keçəcək, şimal-şərq küləyi əsəcək. Avqustun 20-də temperatur bir qədər aşağı enərək 34-37 dərəcə olacaq. Hava dəyişkən buludlu olacaq, şimal-şərq küləyi gündüz cənub-şərq küləyinə keçəcək.
Avqustun 18-də Azərbaycanın əksər rayonlarında hava yağmursuz olacaq, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir. Avqustun 18-də temperatur gündüz 35-38, dağlarda 26-31 dərəcə isti olacaq. Avqustun 19-20-da hava əsasən, yağmursuz keçəcək, gündüz 36-39, bəzi yerlərdə 41, dağlarda 28-33 dərəcə isti gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR