Argentinada yol qəzası nəticəsində 13 nəfər həlak olub

Argentinada yol qəzası nəticəsində 13 nəfər həlak olub
# 03 noyabr 2010 21:12 (UTC +04:00)
Bakı-APA. Argentina paytaxtı Buenos-Ayresdən 1600 km şimal-qərbdə baş vermiş avtobus qəzası nəticəsində ən azı 13 nəfər həlak olub və 17 nəfər yaralanıb. Bu barədə jurnalistlərə Argentina yol polisinin nümayəndəsi Liliana Veqa məlumat verib.

«Hadisə Santyaəqo-del-Estero əyalətinin Nueva-Esperansa yaşayış məntəqəsi yaxınlığında baş verib. San Jose şirkətinə məxsus avtobus idarəetməni itirərək aşıb. 13 nəfər, o cəmlədən sürücü həlak olublar», deyə Veqa bildirib.

İlkin versiyaya görə, qəzaya səbəb partlamış təkər olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR