"CDB Bank" "Kart Mart" kampaniyasına start verib

"CDB Bank" "Kart Mart" kampaniyasına start verib
# 01 mart 2016 06:45 (UTC +04:00)

Bakı - APA-Economics. Hər zaman müştərilərini sevindirməyə çalışan "Caspian Development Bank" ("CDB Bank") yeni "Kart Mart" kampaniyasına start verib.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, kampaniyanın özəlliyi ondan ibarətdir ki, hər bir müştəri banka müvafiq sənədlər təqdim etməklə "Kart Mart" kartına sahib ola bilər. Kampaniyanın məqsədi mart bayramlarında - 8 Mart Beynəlxalq Qadınlar Günü və Novruz Bayramında hər kəsin ehtiyaclarını qarşılamaqdır. Kartda müştəriyə 500 manatadək birdəfəlik istifadə üçün limit təqdim edilir. Limit yalnız nağdsız ödənişlərdə istifadə edilə bilər. Qeyd edək ki, "Kart Mart" kreditində komissiya 0%-dir. Hər bir müştəri kampaniyadan bir dəfə yararlana bilər.

Ətraflı məlumatı 1545 Məlumat Mərkəzinə zəng etməklə, www.cdbbank.az saytına, eləcə də bankın rəsmi Facebook səhifəsinə (www.facebook.com/bankcdb) daxil olmaqla əldə etmək mümkün olacaq.

"Caspian Development Bank" - etimada sədaqətlə!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR