Rio-2016: Azərbaycan Olimpiadada növbəti bürünc medalı qazanıb - YENİLƏNİB

Rio-2016: Azərbaycan Olimpiadada növbəti bürünc medalı qazanıb - <span style="color: red;">YENİLƏNİB
# 20 avqust 2016 02:55 (UTC +04:00)

Bakı-APA. Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunlarında taekvondo yarışları davam edir.

APA-nın məlumatına görə, Azərbaycanı təmsil edən taekvondoçu Milad Beiqi Harçeqani (80 kq) yığmamızın aktivinə növbəti bürünc medalı əlavə edib.

Harçeqani üçüncü yer uğrunda görüşdə polşalı Pyotr Pazinskiyə 12:0 hesabı ilə qalib gələrək Olimpiya Oyunlarında 3-cü yer tutub.

Qeyd edək ki, Rioya tam heyətlə yollanan taekvondo komandamızın heyətində ilk Patimat Abakarova (49 kq) dayanq üzərinə çıxıb. O, yarışı bürünc medalla başa vurub. Yığmamızın digər üzvü Radik İsayev (+80 kq) isə bu gün mübarizəyə qoşulacaq.

***

00:30

Bakı-APA. Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında taekvondo yarışlarında daha iki dəst medal öz sahibini tapacaq.

Apasport.az saytının məlumatına görə, təmsilçimiz Milad Beiqi Harçeqani finala çıxmaq üçün böyük britaniyalı Lutalo Muhammed ilə mübarizə aparıb. Gərgin mübarizə şəraitində keçən döyüş təmislçimizin məğlubiyyəti ilə yekunlaşıb - 7:12.

Milad Beiqi Harçeqani bürünc medal uğrunda mübarizəsini davam etdirəcək.

***

22:57

Bakı-APA. Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında taekvondo yarışlarında daha iki dəst medal öz sahibini tapacaq.

Apasport.az saytının məlumatına görə, 80 kq çəki dərəcəsində Milad Beiqi Harçeqaninin ilk rəqibi malili İsmael Koulibali olub. İlk hissədən üstünlüyü ələ alan təmsilçimiz afrikalını 13:5 hesabı ilə məğlub edib.

1/4 finalda Mehdi Xodabaxşi (İran) ilə üz-üzə gələn Milad Beiqi Harçeqani rəqibini 17:5 hesabi ilə məğlub edərək ½ finala vəsiqə qazanıb.

Milad finala çıxmaq üçün böyük britaniyalı Lutalo Muhammed ilə mübarizə aparacaq. Bu görüş Bakı vaxtı ilə saat 00:15-də başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR