İrandan Azərbaycana metadon keçirmək istəyən şəxs saxlanılıb

İrandan Azərbaycana metadon keçirmək istəyən şəxs saxlanılıb
# 26 noyabr 2015 11:54 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İrandan Azərbaycana gələn vətəndaşdan metadon adlı dərmanlar aşkar olunub.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı İsmayıl Məmmədovun üzərində şəxsi yoxlama zamanı onun əl yükündən 10 ədəd həb və 55 ədəd kapsula şəklində olan “Metadone-20” adlı dərman preparatları aşkar edilərək götürülüb.

Xatırladaq ki, metadon adlı dərman preparatları “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir və aşkar olunan həmin preparatlarda metadonun təsiredici maddəsinin ümumi xalis çəkisi 1,3 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR