Azərbaycan əhalisi yanvarda kreditlər üzrə faizlərin ödənilməsinə 77 mln. manat xərcləyib

Azərbaycan əhalisi yanvarda kreditlər üzrə faizlərin ödənilməsinə 77 mln. manat xərcləyib
# 19 fevral 2016 15:00 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2016-cı ilin yanvar ayında əvvəlki ilin müvafiq ayı ilə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 12,1% artaraq 3 mlrd. 80,6 mln. manata çatıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics“ə verilən məlumata görə, gəlirlərin 88%-i (təxminən 2,71 mlrd. manat) son istehlaka, 9,5%-i (292,657 mln. manat) vergilərin, sığorta və üzvlük haqlarının, 2,5%-i (təxminən 77 mln. manat) isə kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR