Hacıqabulda narkotik bitki becərən şəxs saxlanılıb

Hacıqabulda narkotik bitki becərən şəxs saxlanılıb
# 30 avqust 2016 17:30 (UTC +04:00)

Hacıqabul. Əlibəy Zeynallı – APA. Hacıqabul rayonunda narkotik bitki becərməkdə şübhəli bilinən şəxs saxlanılıb.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, rayonun İsmət Qayıbov küçəsi, 3 ünvanında yaşayan 1957-ci il təvəllüdlü Ələkbərov Salavat Xanlar oğlunun yaşadığı həyətin istixanasından 114 kol (hər biri 1,8-2,5 metr hündürlüyündə) çətənə kolları, qurudulmuş marixuana və sənədsiz ov tüfəngi aşkarlanaraq polis əməkdaşları tərəfindən götürülüb.

Həmin şəxs saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

X. Ələkbərov əvvəllər quldurluq cinayəti törətdiyinə görə Rusiya Federasiyasında məhkumluq həyatı yaşadığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR