Avropa Liqası: “Qarabağ” – “Anderlext” - 1:0 - VİDEO

Avropa Liqası: “Qarabağ”  – “Anderlext” - 1:0 - <span style="color: red;">VİDEO
# 01 oktyabr 2015 20:58 (UTC +04:00)

Bakı-APA. Azərbaycan çempionu "Qarabağ" Avropa Liqasının qrup mərhələsində 2-ci oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi II tura təsadüf edən ilk ev qarşılaşmasında Belçikanın adlı-sanlı klublarından olan "Anderlext"i qəbul edib.

İlk turda İngiltərədə “Tottenhem”ə 1:3 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri ilk xallarını Brüssel klubu ilə qarşılaşmada qazanıb. Ardıcıl 4-cü oyunda qol sevinci yaşayan Riçard Almeydanın ilk hissədə fərqlənməsi “Qarabağ”a 3 xal gətirib. Belə ki, bu top matçda yeganə olub.

Azərbaycan klublarının qrupda ilk qələbəsini qazanan Ağdam təmsilçisi turnir cədvəlinin 2-ci pilləsinə yüksəlib. Buna “Qarabağ”ı ilk oyunda məğlub edən "Tottenhem"in Fransadan xalla ayrılması səbəb olub. “Monako”nun qalib gələ bilməməsi təmsilçimizi 2-ci pilləyə daşıyıb.

Avropa Liqası, qrup mərhələsi

II tur

1 oktyabr

J qrupu

“Qarabağ” (Azərbaycan) – “Anderlext” (Belçika) - 1:0

Qol: Almeyda, 36

Baş hakim: Oliver Draxta (Avstriya)

Bakı. T.Bəhramov adına Respublika stadionu

“Monako” (Fransa) – “Tottenhem” (İngiltərə) - 1:1

Qollar: Stefan El-Şaaravi, 81 - Lamela, 35

Baş hakim: Artur Dias (Portuqaliya)

Monako. “Stade Louis II"

"Tottenhem"

2

1

1

0

4:2

4

"Qarabağ"

2

1

0

1

2:3

3

"Monako"

2

0

2

0

2:2

2

"Anderlext"

2

0

1

1

1:2

1

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR