"FINCA Azerbaijan" kredit şərtlərini sadələşdirib

"FINCA Azerbaijan" kredit şərtlərini sadələşdirib
# 02 noyabr 2015 07:22 (UTC +04:00)

Bakı - APA-Economics. "FINCA Azerbaijan" Qeyri-bank kredit təşkilatı müsbət kredit tarixçəsi olan müştərilərinə bir zənglə biznes krediti təklif etməyə başlayıb.

Təşkilatdan "APA-Economics"ə verilən məlumata görə, "FINCA Azerbaijan"ın yeni sadə kreditləşmə qaydaları təkrar müştərilərə krediti bir telefon zəngi ilə təsdiq etməyi nəzərdə tutur. Zəng əsasında filiala dəvət olunan müştərilərdən zamin və girov tələb olunmur, sadəcə müştəri müqavilə imzalayaraq vəsaiti əldə edir.

Təşkilatın asanlaşdırılmış kredit qaydalarının əsas məqsədi sahibkarlara hazırkı iqtisadi şəraitdə dəstək olmaq və onları asan və maneəsiz maliyyə resurslarına çıxış imkanları ilə təmin etməkdir.

Kreditlər həm yerli, həm də xarici valyutada təklif olunur. Kreditin faktiki illik faiz dərəcəsi (FİFD) 25% təşkil edir. Bura 1% komisyon haqqı da daxildir. Əlavə hər hansı sığorta və ya digər xərclər nəzərdə tutulmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR