Vahid Ələkbərov: "Neftin qiyməti 50 dollar səviyyəsində sabitləşəcək"

Vahid Ələkbərov: "Neftin qiyməti 50 dollar səviyyəsində sabitləşəcək"
# 30 sentyabr 2016 10:09 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. "OPEC-ə üzv olan ölkələrin Əlcəzairdə neftin sutkalıq hasilatının 32,5-33 mln. barrelədək azaldılmasına dair qəbul etdiyi qərar "qara qızıl"ın 1 barrelinin qiymətinin 50 dollar səviyyəsində sabitləşməsinə səbəb olacaq". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu "LUKoil" şirkətinin prezidenti Vahid Ələkbərov bildirib.

V. Ələkbərov əlavə edib ki, neftin qiymətin 50 dolları ötə də bilər: "Bu qiymət şist neftin istehsalını rentabelli edir. Ona görə də hesab edirəm ki, neftin qiyməti təxminən 50 dollar səviyyəsində sabitləşəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR