Dənizkənarı Bulvar İdarəsinə daha bir rəis müavini təyin edilib

Dənizkənarı Bulvar İdarəsinə daha bir rəis müavini təyin edilib
# 24 iyun 2016 12:41 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinə daha bir rəis müavini təyin edilib.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Ağacan Əhmədov Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini təyin edilib.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin digər sərəncamı ilə Elşən İsgəndərov Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini təyin olunmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR