Nazir Şahin Mustafayev Rumıniya hökumətinə başsağlığı verib

Nazir Şahin Mustafayev Rumıniya hökumətinə başsağlığı verib
# 02 noyabr 2015 14:38 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İqtisadiyyat və sənaye naziri Azərbaycan hökuməti adından Rumıniya hökumətinə başsağlığı verib.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, iqtisadiyyat və sənaye naziri, Azərbaycan və Rumıniya hökumətləri arasında elmi-texniki əməkdaşlıq və ticarət-iqtisadi əlaqələr üzrə Müştərək Komissiyanın həmsədri Şahin Mustafayev Rumıniyanın Azərbaycandakı səfirliyində olub və Buxarestdə çoxsaylı insan tələfatı ilə nəticələnmiş faciə ilə bağlı Azərbaycan hökuməti adından səfir Daniel Kristian Çiobanuya başsağlığı verib, xatirə kitabına ürək sözlərini yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR