FAIREX beynəlxalq təşkilatda Azərbaycanı təmsil edən tam hüquqlu əsas üzv seçilib

FAIREX beynəlxalq təşkilatda Azərbaycanı təmsil edən tam hüquqlu əsas üzv seçilib
# 26 oktyabr 2015 07:35 (UTC +04:00)



Bakı-APA. Koreyanın Seul şəhərində 30 ölkənin 100-ə yaxın nümayəndəsinin iştirakı ilə keçirilən Beynəlxalq Dağçılıq Federasiyasının (UIAA) Baş Assambleyasında Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) bu mötəbər təşkilatda Azərbaycanı təmsil edən tam hüquqlu əsas üzv kimi tanınması məsələsi müzakirə olunub.

FAIREX-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, assambleyada iştirak edən bütün səsvermə hüququna malik ölkələrin yekdil səsi ilə FAIREX Azərbaycanı təmsil edən tam hüquqlu əsas üzv seçilib (yarım səs əleyhinə olmaqla).

Beynəlxalq Dağçılıq Federasiyasının prezidenti Frits Virjland Assambleyadakı çıxışında Azərbaycanda dağçılıq idman növlərinin inkişafında və kütləvi hal almasında FAIREX-in xüsusi rolu olduğunu vurğulayıb.

Qeyd edək ki, yarandığı gündən etibarən Milli dağçılığın inkişafını qarşısına məqsəd qoyan FAIREX dağçılıq ölkəsi olan Azərbaycanda milli, regional və beynəlxalq tədbirlərin yeganə təşkilatçısı olaraq illər boyu davam edən məqsədyönlü fəaliyyətin məntiqi yekunu kimi qəbul edilmiş qərarın sevincini bütün idmansevərlər və ekstremallarla bölüşür, məsuliyyətini anlayır, bunu gələcək fəaliyyətində stimul kimi qəbul edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR