“Deutsche Welle” müxbirinin Dağlıq Qarabağa öz təşəbbüsü ilə səfər etdiyini bildirib

“Deutsche Welle” müxbirinin Dağlıq Qarabağa öz təşəbbüsü ilə səfər etdiyini bildirib
# 08 sentyabr 2016 19:26 (UTC +04:00)

Bakı-APA. Almaniyanın “Deutsche Welle” (DW) teleradioşirkətinin müxbiri Naomi Konrad Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə DW müxbiri kimi yox, fərdi şəxs qismində səfər edib.

APA-nın xəbərinə görə, bunu “RİA Novosti”yə “Deutsche Welle” şirkətinin mətbuat-katibi Kristof Yumpelt bildirib.

“Bizim əməkdaşımız Naomi Konrad Qafqaz ölkələrində humanitar vəziyyət mövzusunda infoturda iştirak etmək üçün DW-də üç həftəlik müddətə işdən azad olunmuşdu. Səfəri Robert Boş Fondunun təqaüdü hesabına maliyyələşdirilib”, - deyə Kristof Yumpelt bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağa səfər Naomi Konradın şəxsi təşəbbüsü ilə olub: “Naomi Konrad Ermənistana DW-nin nümayəndəsi kimi səfər etməyib və orada DW üçün jurnalist qismində işləmir”, - deyə Yumpelt qeyd edib.

Azərbaycan XİN-i bundan əvvəl “Deutsche Welle”nin qeyd olunan əməkdaşının adını "arzuolunmaz şəxslər" siyahısına salınacağını bildirib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR