Bank Of Baku

ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb

ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
# 04 sentyabr 2026 12:34 (UTC +04:00)

"Azərbaycan Dəmir Yolları" QSC bu ilin yanvar-avqust aylarında 7,3 milyondan çox sərnişin daşıyıb.

"APA-Economics" ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18% çoxdur.

Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 6.9 milyon (17% artım), rayonlararası marşrutlarla 396 min (15% artım), beynəlxalq Bakı-Tbilisi-Bakı marşrutu ilə isə 53 min sərnişin səfər edib.

Bu ilin avqust ayında isə ümumi sərnişindaşımada (913 mindən çox) 24% artım qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR