“Nida”çı Bayram Məmmədovun cinayət işi məhkəməyə göndərilib

“Nida”çı Bayram Məmmədovun cinayət işi məhkəməyə göndərilib
# 18 oktyabr 2016 14:32 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. "Nida" Vətəndaş Hərəkatının həbsdə olan üzvü Bayram Məmmədovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

Vəkil Elçin Sadıqovun APA-ya verdiyi məlumata görə, cinayət işinin ittiham aktı Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilib. İş yaxın günlərdə icraata veriləcək.


Qeyd edək ki, B. İbrahimov Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma) maddəsi ilə ittiham olunur. Xətai rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bir neçə gün əvvəl onun həbs müddəti 2 ay uzadılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR