Çində daşqınlar 10 nəfərin həyatına son qoyub

Çində daşqınlar 10 nəfərin həyatına son qoyub
# 25 iyul 2017 04:05 (UTC +04:00)

Çinin Yunnan əyalətində leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində 10 nəfər həyatını itirib, 1 200 nəfər evlərini tərk etmək məcburiyyətində qalıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bölgədə iyulun 19-dan etibarən şiddətli yağıntılar səngimək bilmir.

Təbii fəlakət nəticəsində təxminən 200 bina tam, 2400-ü isə qismən dağılıb. Birbaşa iqtisadi zərər 270 milyon yuanı (40 milyon dollara yaxın) keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR