Putin Ilham Əliyevi Yeni il münasibətilə təbrik edib

Putin Ilham Əliyevi Yeni il münasibətilə təbrik edib
# 30 dekabr 2017 11:04 (UTC +04:00)

Rusiya dövlət başçısı Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevi Yeni İl bayramı münasibətilə təbrik edib.

APA-nın “Kremlin.ru”-a istinadən verdiyi xəbərə görə, V.Putin təbrikində geridə qalan ildə Rusiya və Azərbaycan diplomatik əlaqələrin 25-ci ildönümünün qeyd edildiyini vurğulayıb.

V.Putin bildirib ki, bu yubiley iki ölkə arasında müxtəlif sahələrdə qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığın inkişafında yeni uğurlar qazandırıb.

Rusiya prezidenti həmçinin, iki ölkə arasında konstruktiv dialoqun davam etdirilməsinə, Cənubi Qafqazda və onun hüdudlarından kənarda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi istiqamətində ölkə xalqlarının əsas maraqlarına şübhəsiz ki cavab verən bütün Rusiya-Azərbaycan tərəfdaşlıq əlaqələrinin daha da genişləndirilməsi üzrə birgə işlərin davam etdirilməsinə ümid etdiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR